ABŞ-da keçirilən klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Braziliya təmsilçisi "Fluminense"1/4 finalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını üstələyib.

Bu, ötən ay "İnter"i "Əl-Hilal"a dəyişən dünya şöhrətli məşqçi Simone İnzaginin yeni klubunda keçirdiyi 5-ci oyunda birinci məğlubiyyəti olub.

Klublararası dünya çempionatı, 1/4 final

"Fluminense" - "Əl-Hilal" 2:1

Martinelli, 40; Herkules, 70 - Markos Leandro, 51