RU

Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər

ain.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə “çox yaxşı” telefon danışığından sonra Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər.APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp bu məsələyə müsbət yanaşır və daha öncədən dayandırılmış, o cümlədən Rusiya hücumlarına qarşı müdafiə üçün həyati əhəmiyyət daşıyan onlarla hava hücumundan müdafiə raketlərinin tədarükünün bərpasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Kiyev isə resurs çatışmazlığı səbəbilə yaranmış gecikmələrə baxmayaraq, bu məsələnin tezliklə həll olunacağına ümid edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
50
apa.az

10Источники