RU

Kaliforniyada meşə yanğınlarının miqyası artıb

Kaliforniyanın San Luis Obispo qraflığında (ABŞ - red.) meşə yanğını 28,6 min hektardan çox ərazini əhatə edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə idarəsi məlumat yayıb.

Bir neçə bölgənin sakinləri təxliyə edilib. Yanğının səbəbi hələ müəyyən edilməyib. Hazırda alovun miqyasının 10 %-nin qarşısı alınıb.

Bu, Kaliforniyada ilin əvvəlindən bəri baş verən ən böyük meşə yanğınıdır. Yanvar ayında yanğınların miqyası 16 min hektarı ötüb. Yanğın 30 nəfərin həyatına son qoyub, məşhurların mülkləri də daxil olmaqla 12 mindən çox binanı məhv edib.

Избранный
13
50
report.az

10Источники