RU

Millimizin qapıçısı legioner həyatını başa vurdu, yerli kluba döndü

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı qolkiper "Araz-Naxçıvan"la anlaşıb.

Onunla 1 illik razılıq əldə olunub.

Rövşən Hüseynli iyunun 30-da Qazaxıstanda "Astana"dan ayrıldığını açıqlayıb. O, 2024-cü ilin yayında bu kluba keçmişdi.

Избранный
34
50
sportinfo.az

10Источники