RU

Makqreqor Ağ Evdə döyüşmək istəyir

BAKI. 5 iyul. TELEQRAF

UFC üzrə keçmiş dünya çempionu, irlandiyalı boksçu Konor Makqreqor Ağ Evin meydanında döyüşmək istədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə məşhur idmançı sosial şəbəkə hesabında yazıb.

Makqreqor bildirib: “Prezident Donald Trampın Ağ Evdə UFC döyüşləri keçiriləcəyini elan etməsi məni həyəcanlandırdı”.

Qeyd edək ki, Amerika lideri Donald Tramp Ağ Evin ərazisində UFC döyüşünün keçiriləcəyini bildirib. Prezidentin sözlərinə görə, döyüş ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə təsadüf edəcək. Tramp döyüşün vaxtı və iştirakçıları barədə açıqlama verməyib.

Избранный
18
16
teleqraf.com

10Источники