RU

“Çelsi” yarımfinalda “Fluminense”yə rəqib oldu

ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Linkoln Faynenşl Fild” stadionunda keçirilən klublararası dünya çempionatının 1/4 final mərhələsində “Çelsi” ilə “Palmeyras” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və bu nəticə “zadəganlar”a yarımfinala yüksəlmək imkanı verib.

Oyun İngiltərə klubunun fəal pressinqi ilə start götürüb. Artıq 16-cı dəqiqədə Kol Palmerin dəqiq zərbəsi “Çelsi”ni hesabda önə keçirib. Fasilədən sonra təşəbbüsü ələ alan “Palmeyras” 53-cü dəqiqədə Estevanın iti bucaqlı mövqedən vurduğu qolla tarazlığı bərpa edib.

Ancaq görüşün sonlarına yaxın London klubunun təzyiqi nəticəsini verib – 83-cü dəqiqədə Malo Qustonun zərbəsindən sonra top qapıçı Vevertona dəyərək qapıdan keçib və avtoqol kimi qeydə alınıb. Bu epizod oyunun taleyini müəyyənləşdirib.

Beləliklə, “Çelsi” 2:1 hesabı ilə qalib gələrək klublararası dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Londonlular bu mərhələdə “Fluminense” ilə qarşılaşacaq.

Избранный
1
35
90deqiqe.az

10Источники