Demokrat.az xəbər verir ki, paylaşımlar Rəcəb Tayyib Ərdoğanın rəsmi sosial media hesabları vasitəsilə edilib.
"Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatımızın 17-ci Zirvə Toplantısını başa çatdırdıq. Ümid edirəm ki, bugünkü məsləhətləşmələrimiz və iyulun 1-dən qadınlar, gənclər və bizneslə bağlı keçirilən forumlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq.
Ticarətdən nəqliyyata, ətraf mühitdən tutmuş enerjiyə qədər geniş potensiala malik olan təşkilatımızın bu Zirvə toplantısının iqlim dəyişikliyinə diqqət yetirməsini son dərəcə məqsədəuyğun hesab edirəm. Türkiyə öz güclü təcrübəsini və ən yaxşı nümunələrini təşkilatımızla bölüşməyə hazırdır. 100 milyard dollarlıq regional ticarət həcmi hədəfimizi daha yüksək səviyyələrə çatdırmaq üçün hamımız birlikdə addımlar atmalıyıq. İnanıram ki, təşkilatımızın növbəti on ilini formalaşdıracaq İqtisadi Əməkdaşlıq 2035-in Strateji Məqsədləri Sənədi də bizim üçün yol xəritəsi olacaq. İqtisadiyyat və ticarətlə yanaşı, turizm sahəsində əməkdaşlıq da təşkilatımızın qarşısında ayrıca vəzifə qoyur. 2025-ci il turizm paytaxtı Ərzurumda keçirilən 6-cı Turizm nazirləri görüşündə alınan qərarların bizə faydalı olacağına inanıram.
10Источники
-
yenilik.azƏrdoğandan Xankəndi ilə bağlı paylaşım ( 18997693)
-
azerbaijan-news.azAzərbaycan ECO-nun strateji hədəflərinə uyğun olaraq regionda sabitliyə və inkişafa töhfə verir ( 18997687)
-
azertag.azECO 17-ci Zirvə görüşü təşkilatın qlobal təhdidlərə cavab verə biləcək gücə çevrildiyini göstərdi ( 18997561)
-
busaat.azXankəndidən dünyaya verilən MESAJLAR ( 18997030)
-
moderator.azXankəndidən dünyaya verilən MESAJLAR ( 18996976)
-
missiya.azXankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ( 18996736)
-
poliqon.infoXankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib ( 18995293)
-
demokrat.azXankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib ( 18995257)
-
aia.azXankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib ( 18995077)
-
bizim.mediaXankəndidən dünyaya verilən MESAJLAR ( 18995137)