RU

Rusiya Paşinyanı devirə biləcəkmi? - Kreml fərqindədir ki...

 "Rusiya 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Ermənistanın Baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirmək istəyir".

Bunu siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Rusiya fərqindədir ki, bu prosesdə Sərkisyan-Köçəryan cütlüyünə etibar etmək ağılsızlıqdır:

"Paşinyana qarşı yeni qüvvələr hazırlanır. Erməni Kilsəsi və böyük iş adamları Rusiyanın yeni fiqurlarıdır. Onlar Paşinyanı devirmək istədiklərini gizlətmirlər. Keşiş Baqrat Qalstanyanın etiraz aksiyaları, iş adamı Samvel Karapetyanın Kilsəni dəstəkləməsi və Paşinyanı hədələməsi Rusiyanın hərəkətə keçdiyini göstərir. Baş nazir də kəskin mövqe tutmaq məcburiyyətində qalır”.

Abutalıb Səmədov: Erməni Kilsəsi və böyük iş adamları Rusiyanın yeni fiqurlarıdır

Müsahibimiz hesab edir ki, Rusiyanın Paşinyanı devirmə ehtimal aşağıdır. Onun sözlərinə görə, bu gedişlə Paşinyanın öz hakimiyyətini qoruyacağı şübhəsizdir:

“Moskva çalışır ki, Paşinyanın qarşısına seçkilərdə daha güclü qüvvələr çıxartsın və narazı kütləni onun ətrafında birləşdirsin. Ermənistanda belə bir şəxs yoxdur. Əgər tapılarsa və bütün müxalifəti ətrafında cəmləyərsə, Paşinyanın devrilməsinə gətirib çıxara bilər. Ancaq buna nail olmaq üçün Rusiyanın, kilsənin və bütün müxalifətin dəstəklədiyi yeni siyasi qüvvə meydana çıxmalıdır".

Aydın Baxış

Избранный
9
20
bakivaxti.az

10Источники