RU

MAQATE rəhbəri: İranla danışıqlar çox vacibdir

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmasından sonra agentliyin X sosial media platformasında yer alan yazıya görə, Qrossi məsələ ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Qrossi deyib ki, MAQATE-nin İrandakı müşahidə və yoxlama fəaliyyətlərini mümkün qədər tez bərpa edə bilməsi üçün bu prosesi necə həyata keçirəcəyi ilə bağlı Tehranla danışıqlar aparması həyati əhəmiyyət kəsb edir.

MAQATE-dən verilən başqa bir açıqlamaya görə, İsrailin hücumları ilə başlayan münaqişə boyu İranda qalan müfəttişlər Agentliyin Vyanadakı qərargahına qayıdıblar.

İran Qrossini İsrail və ABŞ-ın onun nüvə obyektlərinə hücumlarını qanuniləşdirməkdə və İsrailin xeyrinə casusluqda ittiham edib və Qrossinin bir daha ölkəyə daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.

İran parlamenti iyunun 25-də MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsinin təsdiqinə səs verib. Parlamentin qəbul etdiyi qanunları təsdiq edən Keşikçilər Şurası da iyunun 26-da qanunu təsdiqləyib.

MAQATE ilə əməkdaşlığı dayandıran qanun iyulun 2-də prezident Məsud Pezeşkianın imzası ilə qüvvəyə minib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
10
9
turkustan.az

10Источники