Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranla bağlı vacib açıqlama yayıb.
AFN.az xəbər verir ki, təşkilatın X platformasındakı paylaşımında bildirilir ki, MAQATE-nin müfəttişlər qrupu bu gün İranı sağ-salamat tərk edərək Vyana qərargahına qayıdıb.
Qeyd olunub ki, mütəxəssislər son hərbi münaqişə dövründə Tehranda olublar. Agentliyin rəhbəri Rafael Qrossi İranla nüvə proqramının monitorinqi və yoxlanışının bərpası məqsədilə danışıqların aparılmasının zəruriliyini vurğulayıb.