AZ

İran Avropa ilə danışıqları mənasız hesab edəcək

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran, Avropa ölkələrindən Tehranın sülh məqsədli nüvə proqramını inkişaf etdirmək hüququndan imtina etməsini tələb etməyə davam etsələr, danışıqları faydasız sayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Əbbas Əraqçi bəyanat verib.

"Əgər Avropa İttifaqı xarici işlər üzrə nümayəndəsi (Kaya Kallas) gələcək danışıqların məqsədinin "İranın nüvə proqramını dayandırmaq" olduğunu düşünürsə, o zaman Avropa İttifaqı və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı heç bir məna daşımır və belə görüşlər mənasız hesab edilir", - deyə Əraqçi "X" sosial şəbəkəsində yazıb. O, Kaya Kallasın İranın nüvə proqramının "dayandırılması" ilə bağlı söylədiyi fikirlərinə belə reaksiya verib.

İran diplomatının sözlərinə görə, Kaya Kallasın bəyanatlarından belə nəticə çıxarmaq olur ki, artıq ona Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) bütün tərəflərinə sülh məqsədli atom enerjisi inkişaf etdirmək hüququ verməsi, həmçinin nüvə sazişi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi önəmli deyil.

2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa ilə birgə Nüvə Sazişi imzalayıb və bu, 2002-ci ildən başlayaraq Qərbin İranı nüvə silahı istehsal etməkdə ittiham etməsi nəticəsində yaranan böhrana son qoyub. Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Trump sazişdən çıxdığını elan edib və İran əleyhinə bütün sanksiyaları bərpa edib. Bunun cavabında 2020-ci ildə İran nüvə sazişi üzrə öhdəliklərini azaltmaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İranın nüvə obyektlərinə girişini məhdudlaşdırmaq qərarı alıb.

2025-ci ildə İranla ABŞ arasında keçirilən beş raund danışıqlar nəticəsiz qalıb. Bunun səbəbi İsrailin İran əleyhinə başladığı hərbi əməliyyat və ABŞ-ın İrana qarşı nüvə obyektlərinə zərbələr endirməsidir. Eyni zamanda, İranla danışıqlar aparan Avropa "üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) Tahranla yeni nüvə sazişinə nail olmaqda vasitəçi ola bilməyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
bizimyol.info

10Mənbələr