RU

Emin Əmrullayev: "Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı"

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.

ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək.

Избранный
3
36
operativmm.az

10Источники