RU

Diogo Jota Kimdir?

BAKI,TurkicWorld

Diogo Jota, 4 dekabr 1996-cı ildə Portuqaliyanın Porto şəhərində doğulmuş peşəkar futbolçudur.

Diogo Jota, futbol karyerasına Portuqaliyanın Paços de Ferreira klubunda başlamışdır. Burada 2014–2016 illər arasında 41 oyunda 14 qol vurmuşdur. Ardınca 2016-cı ildə La Liqa klubu Atlético Madrid ilə müqavilə imzalasa da, burada heç bir rəsmi oyun keçirməmişdir. Daha sonra, 2016–2017-ci illərdə Porto klubuna icarəyə verilmiş və burada 27 oyunda 8 qol vurmuşdur.

2017-ci ildə İngiltərənin Vulverhempton klubuna icarəyə verilmiş, daha sonra 14 milyon avro qarşılığında bu klubla müqavilə bağlamışdır. Vulverhempton ilə 67 oyunda 16 qol vurmuşdur.

2020-ci ildə Liverpool FC ilə 41 milyon funt-sterlinq müqavilə imzalayaraq Premier Liqaya keçmişdir. Liverpool klubunda 123 oyunda 47 qol vurmuş və bir neçə titul, o cümlədən Premyer Liqa çempionluğu qazandı.

Beynəlxalq səviyyədə isə Diogo Jota, Portuqaliya milli komandasının üzvü olmuşdur. 2019-cu ildən etibarən milli komanda ilə 49 oyun keçirərək 14 qol vurmuşdur. O, həmçinin 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasının qalibi olmuşdur.

Jota, 22 iyun 2025-ci ildə Rute Cardoso ilə evlənmişdir və üç övladı var.

3 iyul 2025-ci ildə, Jota və qardaşı André, İspaniyanın Zamora bölgəsində A-52 yolunun 65-ci kilometrində baş vermiş avtomobil qəzasında həyatlarını itirmişlər. Avtomobil yoldan çıxaraq alovlanmış və hər iki şəxs hadisə yerində dünyasını dəyişmişdir .
thesun.co.uk

Diogo Jota, həm klub, həm də milli komanda səviyyəsində göstərdiyi performansla tanınmış və futbol dünyasında dərin izlər buraxmışdır.

Избранный
14
3
turkic.world

10Источники