Avtomobil qəzasında dünyasını dəyişən Dioqo Jota və qardaşı Andre Silva ilə vida mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının portuqaliyalı baş məşqçisi Fernandu Santuş da iştirak edib.
Qondomarda təşkilin olunan tədbirin iştirakşılar arasında Portuqaliya prezident Marselu Rebelu di Souza, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa, "Portu"nun prezidenti Andre Villaş-Boaş, Jotanın meneceri Jorje Mendeş də olublar.
Mərasimdə "Liverpul"dan komanda yoldaşları Fabinyo və Tyaqo Alkantara, Portuqaliya yığmasından isə Bernardu Silva, Ruben Neveş, Dioqo Dalot, Andre Silva və Joze Fonte kimi futbolçular son dəfə Dioqo ilə vidalaşıblar.
Qeyd edək ki, Jota və qardaşı sabah onların böyüdüyü Qondomardakı qəbirstanlıqda dəfn olunacaqlar.
İdman.biz