Niderlandın “Ayaks” klubunun və keçmiş “Liverpul” futbolçusu Cordan Henderson İngiltərənin Liverpul şəhərindəki “Enfild” stadionunda portuqaliyalı sabiq komanda yoldaşı Diogo Jotanı yad etmək üçün memoriala baş çəkib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Liverpul”un rəsmi mətbuat xidməti sosial şəbəkə X-də məlumat yayıb.
Klubun paylaşımında bildirilir ki, Henderson bu gün “Enfild”də mərhum dostuna və keçmiş komanda yoldaşına hörmət əlaməti olaraq ziyarət edib.
28 yaşında İspaniyada avtomobil qəzasında həyatını itirən Diogo Jota karyerası ərzində “Vulverhempton”, “Portu”, “Paşuş de Ferreyra” və “Atletiko” (Madrid) klublarında çıxış edib. O, Portuqaliya milli komandası ilə iki dəfə Millətlər Liqasının qalibi olub.