"Yuventus" klubu yarımmüdafiəni İv Bissuma ilə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, Turin klubunun CEO-su Damyen Komolli 28 yaşlı futbolçu ilə bağlı məlumat toplamağa başlayıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bissuma 2022-ci ildən "Tottenhem"də çıxış edir. O, London klubunda 100 oyuna çıxıb və 2 qol vurmağı bacarıb.

Transfermarkt portalına görə malili futbolçunun dəyəri 25 milyon avrodur. 28 yaşlı futbolçunun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.