RU

Səkkiz ölkə neftlə bağlı QƏRAR VERDİ

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-dən kənar bəzi istehsalçı ölkələrdən ibarət “OPEC+”a üzvü olan 8 ölkə avqust ayında neft istehsalını iyul ayına nisbətən gündəlik 548 min barel artırmaq qərarı alıb.

"Cebheinfo.az" xəbər verir ki, OPEC tərəfindən yayımlanan açıqlamada Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman kimi ölkələrin qlobal bazar şəraiti və perspektivini dəyərləndirmək məqsədilə onlayn toplantı keçirdiyi bildirilib.

Toplantıda apreldən etibarən tədricən və elastik şəkildə azaldılmağa başlanan gündəlik 2,2 milyon barellik könüllü istehsal məhdudiyyətləri müzakirə olunub.

Bu çərçivədə avqustda, iyuladək istehsal səviyyəsi ilə müqayisədə gündəlik 548 min barellik artım qərara alınıb.Qeyd olunub ki, bu artım dörd aylıq mərhələli istehsal artımına bərabərdir.

Açıqlamada sabit qlobal iqtisadi perspektiv və aşağı neft ehtiyatlarının göstərdiyi sağlam bazar təməli əsas götürülərək bu qərarın verildiyi vurğulanıb.

Bununla yanaşı, mərhələli istehsal artımlarının bazar şərtlərinə uyğun olaraq dayandırıla və ya geri çəkilə biləcəyi, bu elastikliyin isə bazar sabitliyinə töhfə verəcəyi qeyd olunub.

Qrupun sentyabr ayı üçün istehsal həcmini müəyyən edəcək növbəti toplantısı 3 avqustda keçiriləcək.

Избранный
14
7
cebheinfo.az

10Источники