RU

Britaniya XİN rəhbəri Dəməşqdə Suriya Prezidenti ilə görüşdü

BAKI, 5 iyul. TELEQRAF

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Dəməşqdə Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı Əhməd əl-Şaraa və Lemmi iki dövlət arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın gücləndirilməsi yollarını, həmçinin ən son regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Böyük Britaniyanın xarici işlər naziri daha sonra suriyalı həmkarı Əsəd əl-Şibani ilə görüşüb.

Xatırladaq ki, Böyük Britaniya hökuməti Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkənin bərpasına kömək etmək məqsədilə Suriyaya qarşı bəzi sanksiyaları ləğv edib.

Избранный
5
45
teleqraf.com

10Источники