RU

Avtobusa minib, istirahətə getdi Aktrisanın heç yerdə görmədiyiniz FOTOsu

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyəli aktrisa Bade İşçil bu dəfə dəbdəbədən uzaq, sadə və səmimi tərzi ilə gündəmə gəlib. 

Milli.Az türk mediasına istinadla xəbər verir ki, ulduz aktrisa Adalara istirahətə getmək üçün ictimai avtobusdan istifadə edərkən görüntülənib.

Aktrisa jurnalistlərin suallarını cavablandırmaqdan da çəkinməyib.

Sadə geyimi və səmimi davranışı ilə fərqlənən İşçil, əvvəlki müsahibələrində də təvazökar həyat tərzinə üstünlük verdiyini vurğulamışdı.

"Uzun müddətdir işləmirəm, dəbdəbəyə pul xərcləmirəm", - deyən aktrisa bu dəfə də həmin mövqeyini təsdiqləyib.

İctimai nəqliyyatdan istifadə edərək istirahətə yollanan ulduz, öz təbii görünüşü və həyatdan zövq alan duruşu ilə yenidən medianın diqqətini cəlb edib.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
15
news.milli.az

10Источники