RU

Yatmış Bitcoin nəhəngləri OYANDI: 14 ildən sonra 80 000 BTC hərəkətə gəldi – REAKSİYA

Son sutka ərzində 14 il ərzində toxunulmamış səkkiz köhnə Bitcoin hesabı aktivləşib və ümumilikdə 80 009 BTC (təxminən 8,69 milyard dollar) dəyərində kriptovalyutanı hərəkətə gətirib.

İnterpress.az-ın məlumatına görə, ilk olaraq dörd hesab 40 000 BTC (4,35 milyard dollar) göndərdi. Ardınca daha iki hesab hər biri 10 000 BTC olmaqla ümumi məbləği 60 000 BTC-yə çatdırdı. Nəhayət, daha iki ünvan prosesi tamamladı və ümumi miqdar 80 000 BTC oldu.

Qeyd olunan hesablardakı bütün Bitcoin-lər 2011-ci ildə əldə olunub, o zaman bir BTC-nin qiyməti cəmi $0.78–$3.37 civarında idi. Hazırda isə bu aktivlərin dəyəri minlərlə dəfə artıb.

Nə üçün bu qədər BTC indi hərəkətə gəldi?
Bu, son illərin ən böyük “yatmış hesab” aktivasiyası sayılır. Dörd digər analoji yaşda hesab isə hələ də toxunulmamış qalır.

Kriptocəmiyyət arasında suallar səslənir:
– Bu köhnə pulların arxasında kim dayanır?
– Satılacaqmı, yoxsa yalnız yeridilmə məqsədi daşıyır?
– Böyük investorların dönüşü, yoxsa böyük oyunçuların çıxışı?

Bu qədər böyük həcmdə BTC-nin birdən-birə aktivləşməsi bazarda təzyiq və qeyri-müəyyənlik yaradıb. Ekspertlər bu hərəkətin ya böyük satışa hazırlıq, ya da sistem testləri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
7
interpress.az

10Источники