RU

“Brayton” millinin üzvü ilə gücləndi

İngiltərənin “Brayton” klubu “Brügge”nin müdafiəçisi Maksim De Küyperini transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Belçika millisinin üzvü “Brügge”nin əsas komandasında 2020-ci ildə debüt edib. 2021–2023-cü illərdə isə icarə əsasında “Vesterlo” klubunda çıxış edib. O, geridə qalan mövsümdə ümumilikdə 54 oyunda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 16 milyon avro təşkil edir.

Xatırladaq ki, “Brayton” ötən mövsüm İngiltərə Premyer Liqasını 8-ci pillədə tamamlamışdı.

Избранный
11
50
90deqiqe.az

10Источники