“Aston Villa” yay transfer dönəminin əvvəlində heyətində ciddi dəyişikliklərə start verib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, beş futbolçu komandadan ayrılıb.
Müqaviləsi başa çatan qapıçı Robin Olsen azad agent kimi İngiltərə təmsilçisini tərk edib. 35 yaşlı isveçli futbolçu karyerasını vətənində – “Malmö” klubunda davam etdirəcək. O, “Aston Villa”nın heyətində 2019-cu ildən çıxış edirdi və ötən mövsüm Premyer Liqada cəmi 4 oyunda iştirak edib.
Komandanı tərk edən digər daimi üzv isə 29 yaşlı mərkəz müdafiəçisi Kortni Haosdur. Uzun müddətdir dizindən zədələnən futbolçu son iki mövsümdə rəsmi matçlarda iştirak etməyib və onunla yeni müqavilə imzalanmayıb.
Bununla yanaşı, icarə müddətləri başa çatan Marko Asensio (“PSJ”), Markos Reşford (“Mançester Yunayted”) və Aksel Disasi (“Çelsi”) da klubu tərk ediblər. Sözügedən futbolçular ötən mövsüm “Aston Villa”nın heyətində icarə əsasında çıxış edirdilər.