AZ

"Sabah" müdafiəçisi ilə yolları ayırdı

"Sabah" müdafiəçisi Sofian Çakla ilə yolları ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, mərakeşli futbolçunun mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
 
Qeyd edək ki, S.Çakla 2023-cü ildən "Sabah"ın uğurları üçün çalışıb. O bu müddət ərzində keçirdiyi 71 oyunda 5 qol vurub.
Seçilən
6
30
moderator.az

10Mənbələr