Braziliyanın “Botafoqo” klubu baş məşqçisi Renato Payva ilə yolları ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Botafoqo” Klublararası Dünya Çempionatının 1/8 finalında “Palmeyras”a uduzub.