RU

Zaqatalada yol qəzasında 2 nəfər ÖLDÜ

Zaqatalada baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Viral.az “Report”a istinadən xəbər verir ki,  1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.

Qeyd edək ki, yol qəzası rayonun Muğanlı kəndində baş verib. Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə ölüb.

Son Yazılar:

Hadisə zamanı həmçinin “VAZ-2106”nın sərnişini, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
22
50
viral.az

10Источники