RU

PSJ “Bavariya”nı məğlub etdi: yarımfinala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, 1/4 final mərhələsində Fransanın PSJ və Almaniyanın “Bavariya” kollektivləri üz-üzə gəlib.

 

İki cavabsız qolla qalib gələn Paris təmsilçisi yarımfinala adlayıb.

 

İlk hissənin sonlarında Almaniya klubunun futbolçusu Camal Musiala ağır zədə alıb. PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan yarımmüdafiəçinin qıçı sınıb.

 

Matçın taleyi ikinci hissədə həll olunub. Qolları 78-ci dəqiqədə Desire Due, 90+7-ci dəqiqədə isə Osman Dembele vurublar.

 

Komanda bu raundda "Real Madrid" (İspaniya) - "Borussiya Dortmund” (Almaniya) cütünün qalibini sınağa çəkəcək.

Избранный
18
32
modern.az

10Источники