Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir."Football-plus.az" xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşində ilk qaliblər bəlli olub. Üç güləşçimiz medallar uğrunda mübarizə aparıb.U-20 Avropa çempionatıSərbəst güləş57 kqVasif Bağırov Avropa çempionatının finalında Nika Zanqaladze (Gürcüstan) ilə qarşılaşıb. 9:6 hesabı ilə qaib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb.79 kqMuradxan Omarov həlledici görüşdəki rəqibi gürcüstanlı Davit Çeçelaşvili olub. Təmsilçimiz 0:10 hesabı ilə uduzaraq, çempionatı ikinci pillədə başa vurub.97 kqTəsəlliverici görüşü qələbə ilə başa vuran Rəvan Musayev bürünc uğrunda rusiyalı Maqomedqadji Maqomedovla yarışıb. Rəqib idmançı 6:0 hesabı ilə qalib gələrək, 3-cü yeri tutub.Sabah daha 5 sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.