“İnter” klubunun qapıçısı Yann Sommerin “Qalatasaray”a keçməsi ehtimalı aşağıdır.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul klubu 36 yaşlı qolkiperi ilə bağlı maaş tələblərinə görə marağını azaldıb.
“Qalatasaray” rəhbərliyi futbolçunun yaşı nəzərə alınaraq verdiyi təklifləri yüksək hesab edib.
Sommer 2023-cü ildən “İnter”də çıxış edir. Bu mövsümdə o, bütün turnirlərdə 53 oyun keçirib və 22 görüşdə qapısını toxunulmaz saxlayıb. Qapıçının hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Sommerin bazar dəyəri 4 milyon avrodur.