RU

Coca-Cola-nın gözlənilməz zərəri məlum oldu

Coca-Cola kimi şirin qazlı içkilərdən həddindən artıq istifadə böyrək daşlarının yaranması riskini artırır.

E-saglam.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya danışan həkim Vladislav Sepp bildirib ki, bu cür içkilərə aludəçilik sağlamlıq üçün gözlənilməz fəsadlar doğura bilər.

Həkimin sözlərinə görə, kola və digər qazlı içkilərin tərkibində şəkər, oksalatlar və fosfor turşusu yer alır. Bu komponentlər birgə şəkildə daş əmələ gəlməsini sürətləndirə bilər. “Gündə 500 millilitr şəkərli qazlı su içmək, xüsusilə urat tipli daşların yaranma riskini 25 faiz artırır”, – deyə Sepp qeyd edib.

Mütəxəssis əlavə edib ki, artıq şəkər orqanizmdə susuzluğa səbəb olur, oksalatlar isə böyrək daşlarının əsas "tikinti materialı" hesab olunur. Fosfor turşusu isə qanda kalsium səviyyəsini yüksəldərək böyrəklərdə kalsium fosfat yığımına səbəb ola bilər. Bu maddələrin orqanizmdə toplanması isə adaptasiya mexanizmlərini zəiflədərək ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
5
3
e-saglam.az

7Источники