RU

KDÇ: "Real Madrid" yarımfinala yüksəldi

"Real Madrid" ABŞ-da keçirilən FIFA Klublararası Dünya Çempionatında yarımfinala yüksəlib.

Publika.az xəbər verir ki, 1/4 final matçında ispanlar Dortmund "Borussiya"sını darmadağın edib.

Qarşılaşma 3:2 hesabı ilə başa çatıb. Artıq matçın əvvəlində madridlilər iki dəfə fərqləniblər: 10-cu dəqiqədə 21 yaşlı Qonzalo Qarsiya, 20-də isə Fran Qarsiya fərqlənib.

90+3-cü dəqiqədə Maksimilian Bayer fərqi qısaltsa da, bir dəqiqə sonra Kilian Mbappe qayçı zərbəsi ilə gözəl qola imza atıb. 90+6-cı dəqiqədə "Real Madrid"in yeni oyunçusu Din Heysen qırmızı vərəqə alıb və Serou Quirassy penaltini qola çevirib.

Избранный
16
40
publika.az

10Источники