RU

Suriyada güclü meşə yanğını - Qarşısını ala bilmirlər

Suriyanın Latakiya vilayətində artıq üç gündür davam edən güclü meşə yanğınları nəzarətdən çıxıb. Yanğınların söndürülməsi üçün Suriya və İordaniya birgə əməliyyata başlayıb.

Musavat.com xəbər verir ki, alovun sürətlə yayılması nəticəsində 20-dən çox şəhər və kəndin sakinləri təxliyə olunub. Hazırda bölgədə fövqəladə vəziyyət hökm sürür, yanğınsöndürmə işlərinə yerli qüvvələrlə yanaşı havadan da müdaxilə olunur.

Rəsmilər yanğınların səbəbləri ilə bağlı araşdırmalara başlandığını bildiriblər. Təbii şəraitin – yüksək temperatur və güclü küləyin – alovun yayılmasını daha da çətinləşdirdiyi qeyd olunur. Hazırda əsas məqsəd yanğının yaşayış məntəqələrinə çatmasının qarşısını almaqdır.

Musavat.com

Избранный
9
30
musavat.com

10Источники