RU

Kristof Qaltye Səudiyyə Ərəbistanı klubunda

Fransa çempionu PSJ-nin sabiq baş məşqçisi, fransalı mütəxəssis Kristof Qaltye bundan sonra Səudiyyə Ərəbistanında çalışacaq.

Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Neom” komandasının baş məşqçisi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Qaltye bu komandanın baş məşqçi postunda Perikles Şamuskanı əvəz edib. Braziliyalı mütəxəssis 2024-cü ilin mayından çalışdırdığı bu komandanı bu ilin yayında tərk edib.

Kristof Qaltye isə son olaraq Qətərin “Əl-Duhail” komandasına rəhbərlik edib. O, 2023-cü ilin oktyabr ayından çalışdırdığı Qətər təmsilçisindən bu yay ayrılıb.

Qaltye əvvəllər PSJ, “Nitsa”, “Lill” və “Sent Etyen”i də çalışdırıb.

Избранный
9
48
arena.az

10Источники