Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Elə həmin vaxt qəza yerinə yaxınlaşan iki digər minik avtomobili də bir-biri ilə toqquşub.