RU

Klublararası dünya çempionatının yarımfinal matçına biletlərin qiyməti kəskin ucuzlaşdı

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Klublararası dünya çempionatının yarımfinalında “Fluminense” və “Çelsi” arasında keçiriləcək oyunun biletlərinin qiyməti 35 dəfə azaldılıb.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, hazırda standart biletin qiyməti təxminən 13 dollar təşkil edir. Halbuki cümə günü bu rəqəm 474 dollar civarında idi. Stadionun daha bahalı alt sektoru üçün nəzərdə tutulan biletlər də ucuzlaşıb.

“Fluminense” və “Çelsi” arasında oyun çərşənbə axşamı, 8 iyul tarixində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər yarımfinal cütlüyündə “PSJ” və “Real” qarşılaşacaq. Bu oyun isə 9 iyul saat 23:00-da baş tutacaq.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
5
sportal.az

10Источники