İsrail ilə HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı dolayı danışıqların ilk raundu nəticəsiz başa çatıb.
Operativ Media-nın məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı məsləhətləşmələrin gedişatı ilə tanış olan fələstinli rəsmilərə istinadən xəbər verib.
İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə danışıqlar iyunun 6-da axşam saatlarında Qətərin paytaxtı Dohada başlayıb.