Ötən sutka ərzində İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli həlak olub.aia.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.Qeyd olunur ki, iyulun 6-da bölgədə ən azı 82 nəfər ölüb.Onlardan 39-u Qəzza şəhərindəki Şeyx-Rədvan rayonuna endirilən zərbə nəticəsində həlak olub.Bundan başqa, dağılan binaların altında qalanlar, o cümlədən uşaqlar da var.aia.az