RU

Xarkova PUA hücumu olub – Hədəf mülki obyektlər olub

“Ukrainska Pravda” nəşri xəbər verir ki,

İyulun 7-nə keçən gecə Xarkovda Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində azı 23 nəfər xəsarət alıb. Bir neçə pilotsuz təyyarə çoxmərtəbəli yaşayış binalarını vurub. Şəhərin Şevçenkivski rayonunda ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Xarkovun Slobidski rayonunda daha 8 qurban, o cümlədən üç yaşlı qız qeydə alınıb.

Herbiand.az xəbər verir ki, şəhər hərbi adminsitirasiyasının rəhbəri Oleq Sinequbovun Teleqram kanalında verdiyi məlumata görə, Rusiyaya məxsus pilotsuz təyyarənin Xarkov şəhərinin Şevçenkivski rayonunda çoxmərtəbəli binalardan birinə düşməsi nəticəsində 8-ci mərtəbədə yanğın baş verib.

Öz növbəsində Xarkov meri İqor Terexov Telegram kanalında bildirib ki, Rusiya mülki obyektləri hədəfə alır.

Избранный
26
17
herbiand.az

10Источники