RU

Kuboku yenə Meksika qazandı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

CONCACAF-ın Qızıl Kubokunda final oyunu keçirilib.

QOL.az xəbər verir ki, həlledici görüşdə Meksika millisi ABŞ-ı 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə bu titula yiyələnib.

ABŞ-nin Hyuston şəhərində keçirilən oyunda meksikalıların heyətində qolları Raul Ximenes (27) və Edson Alvares (78) vurub. ABŞ-nin yeganə qolunun müəllifi isə Kris Riçards (4) olub.

Meksika millisi bununla 13-cü dəfə sözügedən kuboku qazanıb. Hazırda Meksika CONCACAF-ın Qızıl Kubokunda qazanılan titul sayında rekordçudur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
27
qol.az

10Источники