RU

Bu il Azərbaycan Türkmənistandan təbii qaz alışını 2 dəfəyə yaxın azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Türkmənistandan 155,3milyon kubmetr həcmində təbii qaz idxal edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdəqazın alışına çəkilən xərc 23,3 milyon ABŞ dolları olub.

Türkmənistandan təbii qazın idxalı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 125,7 milyon kubmetr və ya 1,8 dəfə,dəyər ifadəsi ilə 18,8 milyon ABŞ dolları, yaxud da 1,8 dəfəazalıb.

Belə ki, 2024-cü ilin ilk dörd ayında AzərbaycanaTürkmənistandan 281 milyon kubmetr həcmində, 42,1 milyon ABŞdolları dəyərində təbii qaz idxal edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxaledilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk dörd ayındaAzərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyardkubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya,Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixracedilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Избранный
19
34
az.trend.az

10Источники