"Turan Tovuz" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq. Onlar iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda baş tutacaq.
Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Əlavə edək ki, "Turan Tovuz" başa çatan mövsümü Misli Premyer Liqasında 4-cü yerdə bitirib. Onlar son anda avrokuboklardan kənar qalıb.