RU

İsrailin Baş Qərargah rəisi HƏMAS-la girov razılaşmasını səstəkləyir- ÖZƏL

The Wall Street Journal nəşrinin məlumatına görə, İsrail Ordusunun Baş Qərargah rəisi Eyəl Zamir radikal Fələstin təşkilatı HƏMAS-la israilli girovların azad edilməsi üzrə razılaşmanın bağlanmasını dəstəkləyir. Olaylar.az xəbər verir ki,  məlumata əsasən, Zamir hesab edir ki, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi girovların həyatına təhlükə yaradır. O, həmçinin HƏMAS-ın hərbi yolla zəiflədilməsinin məqsədəuyğunluğu ilə bağlı da şübhələrini ifadə edib.
Buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu mövqeyində israr edir. O, HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılmasını və təşkilatın tamamilə silahsızlaşdırılmasını zəruri hesab edir.
Qeyd edək ki, bu ilin mart ayında İsrail ordusu yanvarda elan olunmuş atəşkəs rejimini pozaraq Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edib. ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə tərəflər arasında bir neçə raund danışıqlar aparılsa da, yeni razılaşmanın şərtləri müəyyənləşdirilə bilməyib.
İyulun 2-də ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəsə razı olduğunu bəyan edib. İyulun 4-də isə HƏMAS vasitəçilərə təklif olunan plana müsbət cavab verib. Lakin iyulun 6-da keçirilən növbəti dolayı danışıqlar raundu nəticə vermədən başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
20
olaylar.az

10Источники