RU

İsraildə ən gəlirli peşə: maaşlar 2,5 dəfə yüksəkdir

Yazını böyüt
Yazını kiçilt

İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2025-ci ilin aprel ayında İsraildə orta əmək haqqı əvvəlki ildən 3,6% artaraq 13,905 şekel(təxminən 7005 AZN) təşkil edib. Bununla belə, bəzi sənaye sahələrində gəlirlər əhəmiyyətli dərəcədə yüksəkdir.

Hafta.az xəbər verir ki, bu barədə Ice.co məlumat yayıb.

Uzun müddət ərzində ilk dəfə olaraq, maliyyə və sığorta sektoru informasiya və rabitə sektorunu (31,267 şekel -təxm. 15 min 865 AZN) qabaqlayaraq ayda 32 min 188 şekel(təxm. 16,332 AZN)  birinci yerə çıxıb. Üçüncü yerdə kanalizasiya, tullantıların təmizlənməsi və təkrar emalı xidmətləri (23,654 şekel – təxm. 12002 AZN) dayanır.

Sonrakı yerlər: sənaye (20 809 şekel), peşəkar və elmi-texniki xidmətlər (18 737), dövlət sektoru və milli sığorta (18 462), daşınmaz əmlak (16 105), nəqliyyat və logistika (14 716).

Ən aşağı gəlirlər mehmanxana və restoran biznesindədir: ayda cəmi 6401 şekel(təxm. 3245 AZN). Digər xidmətlər (6 756), incəsənət və asudə vaxt (7 770), inzibati dəstək (8 533), səhiyyə və sosial təminat (9 681), təhsil (9 811), kənd təsərrüfatı (9 972), ticarət və təmir (11 179), tikinti (12 95) kimi sektorlarda da maaşlar orta əməkhaqqından aşağıdır.

Избранный
6
42
hafta.az

10Источники