Bakı. Trend:
Polşa ordusu Almaniya ilə sərhəddə “Təhlükəsiz qərb” adlı xüsusiəməliyyat keçirir.
Trend xəbər verirki, bu haqda ölkənin milli müdafiə naziri Vladislav Kosniyak-Kamışöz “X” səhifəsində yazıb.
“Polşa qoşunları Almaniya ilə sərhəddə sərhəd mühafizə xidmətivə polisə dəstək göstərir. Eyni zamanda, biz Litva ilə sərhəddəfəaliyyətimizi genişləndiririk”, - deyə o bildirib.
Ümumilikdə əməliyyata beş minə yaxın polşalı hərbçi səfərbərolunub.
Qeyd edək ki, bazar ertəsindən etibarən rəsmi Varşava Almaniyavə Litva ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinin tətbiqinəbaşlayıb.
İyulun 3-də Polşanın baş qərargah rəisi Veslav Kukula Almaniyavə Litva ilə sərhədlərin mühafizəsinin gücləndirilməsinə 5 minhərbçinin cəlb olunacağını elan etmişdi.