RU

Netanyahu: İsrail üçün böyük gələcək yaratmaq şansımız var

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin “sülh dairəsini, təsəvvür etdiyimizdən daha geniş şəkildə” böyütmək imkanı var.

Bizimyol.info.info xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona getməzdən əvvəl verdiyi açıqlamada bildirib.

“O, artıq Yaxın Şərqi tanınmaz hala salacaq dərəcədə dəyişdirdi və indi İsrail xalqı və Yaxın Şərq üçün böyük gələcək yaratmaq şansımız var”, – deyə Netanyahu bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, İsrail atəşkəs və girovların azad olunması barədə elə bir razılaşmanı qəbul etməyəcək ki, bu, HƏMAS-ın Qəzzədə qalmasına imkan versin.

“Biz oğurluq və qətlləri təşviq edən bir vəziyyətin yaranmasına icazə verməyəcəyik”, – deyə o bildirib. Bu zaman İsrailin danışıqlar heyəti HƏMAS-la dolayı danışıqlar aparmaq üçün Dohaya yola düşür. “Bu, HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi deməkdir. HƏMAS orada olmayacaq”, - deyə Netanyahu qeyd edib.

O, Vaşinqtonda olarkən ABŞ Prezidenti Donald Trampa ötən ay İranla baş vermiş 12 günlük müharibə zamanı göstərdiyi dəstəyə görə təşəkkür edəcəyini də bildirib. Həmin müharibə Netanyahunun sözlərinə görə, “İslam Respublikasına qarşı möhtəşəm qələbə” ilə nəticələnib.

“İllər boyunca İranla nə edəcəyimizdən və onu məğlub edə bilib-bilməyəcəyimizdən narahat idik. Qəhrəman pilotlarımız təkcə oraya deyil, eyni zamanda Livan səmasına da uçdu. Biz uzun müddətdir orada Hizbullahın nə edəcəyindən narahat idik”, – deyə o əlavə edib.

“Biz HƏMAS-a zərbə vurduq. Bu həm böyük məsuliyyət, həm də imkanlar yaradır”, – deyə Netanyahu vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
50
icma.az

10Источники