BAKI, 7 iyul. TELEQRAF
Livan Prezidenti Cozef Aun ABŞ səfiri Tom Barrak ilə Hizbullahın tərksilahı planını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiyya” kanalı məlumat yayıb.
Qeyd edək ki, ABŞ səfiri daha əvvəl Livan hökumətinə Hizbullahın silahsızlandırılması ilə bağlı təklif təqdim etmişdi. Təklifdə Livanın Suriyanın yeni hökuməti ilə münasibətlərinin yaxşılaşdırılması və iqtisadi islahatların həyata keçirilməsi də əksini tapıb.