RU

Kilian Mbappe “Real”da möhtəşəm rekorda imza atdı

“Real”ın 26 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın heyətində möhtəşəm rekorda imza atıb.

Arena.az “Stats Foot” dərgisinə istinadən məlumat verir ki, fransalı ulduz “Real”ın tarixi ərzində bir mövsümün bütün yarışlarında qol vurmuş ilk futbolçu olub.

Mbappe müvafiq uğuruna 2025-ci FIFA Klub Dünya Kubokunun Dortmund “Borussiya”sı ilə 1/4 final oyununda (3:2) qol vurmaqla müvəffəq olub.

“Kral klubu”ndakı debüt mövsümündə Mbappe 7 yarışda – UEFA Super Kubokunda, İspaniya La Liqasında, İspaniya Kubokunda, İspaniya Super Kubokunda, Çempionlar Liqasında, FIFA Qitələrarası Kubokunda və FIFA Klub Dünya Kubokunda “qaymaqlılar”ın rəqiblərinni qapısına yol tapıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Mbappe “Real”ın heyətində 58 oyuna çıxıb, 44 qol vurub, 5 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 90 oyun keçirib, 50 qol vurub və 37 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Həmçinin Mbappe “Real”ın heyətində ilk mövsümündəcə, 2024/2025-ci illər mövsümünün İsapniya La Liqasının 31 qolla ən sərrast qolçusu olub və “Qızıl buts” mükafatını qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Избранный
37
9
arena.az

10Источники