RU

Avropa Liqası: “Sabah” “Selye” oyununa satılan bilet sayı açıqlanıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” ilə Sloveniyanın “Selye” komandaları arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, artıq qarşılaşma üçün 3 min bilet satılıb.

Azərkeşlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Selye” görüşü iyulun 10-da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
31
azertag.az

10Источники