RU

Sabunçuda ev yanıb

Sabunçuda
Sabunçuda 6 otaqlı ev yanıb. Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli mansarda tipli 6 otaqlı evin sahəsi 50 m² olan mətbəxində müxtəlif məişət avadanlıqları və 5 paq.m mətbəx mebeli yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 50 m² sahədə qarsalanıb və 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
19
17
1news.az

10Источники