RU

Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı.Trend:

Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxstutulub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu vəDaxili İşlər Nazirliyi birgə məlumat yayıb

Bildirilib ki, iyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərindəzorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samuxrayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən birgə icra olunankompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsindəcinayətin üstü “isti izlərlə” açılıb.

Həyata keçirilmiş tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanınhəmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarındayaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanıqəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) iləcinayət işi başlanıb.

Arzu Alıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqatəhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismindətutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Избранный
79
27
az.trend.az

10Источники