Bakı. Trend:
Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb.
Trend-inyerli müxbirinin xəbərinə görə, İcra Hakimiyyəti binasının damındatəmir işləri aparan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğluehtiyatsızlıqdan yıxılıb.
Nəticədə E.Şükürov hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmabaşlanıb.